REGES Tikinti Materialları MMC Naxçıvan Muxtar Respublikasının və regionun tikinti materiallarına olan tələbatını üstün keyfiyyət və yüksək istehsal gücü ilə tam şəkildə qarşılayır. Müasir tələblərə uyğun avadanlıqlarla təchiz olunmuş 4 əsas zavod və 3 köməkçi istehsalat bölməsinin fəaliyyəti ilə 21 çeşiddə məhsulun istehsalı ilə fəaliyyətini davam etdirən REGES Tikinti Materialları MMC regionun iqtisadi inkişafında mühüm rol oynayan sənaye strukturlarından biridir. Zavodların tikintisi 2014-cü ildə başlamış və 2016-cı ildə fəaliyyətə başlamışdır.