Azərbaycan İstehsalı

Reges
Tikinti
Materialları

2016-cı ildən fəaliyyət göstərən Reges şirkəti 21 çeşid yüksək keyfiyyətli tikinti materialı istehsal edir.

21+
Məhsul çeşidi
5
Əsas zavod
8+
İl təcrübə
🧱

Qazbeton

Məsaməli hörgü blokları

📋

Alçıpan

Gipskarton lövhələr

🔩

Profil

U və C alçıpan profili

🪨

Daş Məhsulları

Döşəmə tavaları

2016
İL TƏSİS

Reges Group

Bir neçə şirkəti özündə birləşdirən "Reges Group" Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, ticarət və bir çox sahədə fəaliyyət göstərir.

"Reges Tikinti Materialları" MMC 21 çeşid məhsulun istehsalını 5 əsas zavod və 3 köməkçi istehsal bölməsi ilə həyata keçirir. İstehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir.

Əsas meyar və devizimiz: peşəkarlıq, şəffaflıq, keyfiyyət, yüksək xidmət və alıcıların razılığıdır.

Beynəlxalq Standart
5 Əsas Zavod
Zəmanətli Məhsul
İxrac İstiqamətli

Tikinti Materialları

01
🧱

Məsaməli Hörgü Blokları

Yüngül, möhkəm və izolyasiya xüsusiyyətlərinə malik tikinti materialı. Sement, əhəng və silisyum qumu qarışığından istehsal olunur.

Ölçülər (sm)
10×20×60 15×20×60 20×25×60 25×25×60 30×25×60 40×25×60
02
📋

Standart Gipskarton Lövhə

İki qatlı xüsusi karton və ortasında sıx gips təbəqəsindən ibarət. Daxili rütubətsiz məkanlarda tikinti işlərində geniş istifadə olunur.

Ölçülər (mm)
2500×1200×9.5 2500×1200×12.5
03
💧

Nəmdavamlı Gipskarton Lövhə

Xüsusi tərkibi sayəsində yüksək rütubətli məkanlarda istifadə üçün nəzərdə tutulmuşdur. Hidrofobik maddələr əlavə edilmişdir.

Ölçülər (mm)
2500×1200×9.5 2500×1200×12.5
04
🔥

Odadavamlı Gipskarton Lövhə

Yüksək yanğın təhlükəsizliyi tələb olunan yerlər üçün nəzərdə tutulmuşdur. Xüsusi yanğına davamlı qatqılar istifadə edilir.

Ölçülər (mm)
2500×1200×12.5
05
🎵

Səs İzolyasiyalı Super Lövhə

Akustik komfortun vacib olduğu məkanlarda səs keçirmə qabiliyyətini azaltmaq üçün hazırlanmışdır. Yüksək sıxlıq və səs udma xüsusiyyətləri.

Ölçülər (mm)
2500×1200×12.5
06
🪨

Döşəmə Tavaları

Presslənmiş və qəliblənmiş olmaqla iki növ. Rəng piqmentləri ilə zənginləşdirilmiş sement əsaslı dekorativ döşəmə materialları.

Növlər
Presslənmiş Qəliblənmiş

Xüsusi Qarışıqlar

R201
REGES

Məsaməli Hörgü Blok Yapışdırıcısı

Məsaməli hörgü (qazbeton) bloklarının birləşdirilməsi və sabitləndirilməsi üçün istifadə olunan xüsusi tikinti qarışığı. Yüksək izolyasiya xüsusiyyətlərini qoruyur.

R101
REGES

Qranit və Mərmər Yapışdırıcısı

Sement əsaslı qatqılar ilə zənginləşdirilmiş döşəmə tavaları, qranit və mərmər kimi materialların yapışdırılmasında istifadə olunan yüksək yapışma qabiliyyətli yapışdırıcı.

R102
REGES

Kafel və Keramika Yapışdırıcısı

Kafel və keramika yapışdırılmasında istifadə olunan yüksək yapışma qabiliyyətli yapışdırıcı. Hamam, mətbəx, beton və suvaq səthlərdə istifadə olunur.

DG
REGES

Dərz Dolğu Gipsi

Təbii gips əsaslı, çatlamalara qarşı müqaviməti artırılmış və su keçiriciliyi azaldılmış aralıq doldurma qarışığıdır.

Gips & Əhəng

Gips Məhsulları

AG
Astar Suvaq Gipsi

Məsaməli beton, tuğla və briket kimi materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində hamarlayıcı material kimi istifadə olunur.

ÜG
Üzlük Suvaq Gipsi

Astar suvaq gipsi ilə suvanmış divar səthləri və gipskarton lövhə ilə tamamlanmış divar və tavanlarda son qat üzlük material kimi istifadə olunur.

KG
Kartonpiyer Gipsi

Lepka, paduqa, dekorativ gips lövhələri və boşluqlu arakəsmə gips tavanlarının hazırlanmasında istifadə olunur.

İG
İnşaat Gipsi

Hazırlanmış lepka, paduqa, dekorativ gips lövhələri və boşluqlu arakəsmə gips tavanlarının yapışdırılmasında, su və elektrik kanallarının doldurulmasında istifadə olunur.

Əhəng Məhsulları

Sönmüş Əhəng

Ağartma, suvaq-hörgü, dezinfeksiya və ətraf mühitin təmizliyi kimi sahələrdə geniş istifadə ilə birlikdə bir çox məhsulun istehsalında iştirak edən vacib komponentlərdən biridir.

SN
Sönməmiş Əhəng

Metallurgiya, şəkər sənayesi, tikinti materiallarının istehsalı və yol inşaatı sahələrində istifadə olunur. Kompleksin məhsullarından olan məsaməli hörgü blok istehsalının əsas yarımməmullarından biridir.

Profil & Aksessuar

Alçıpan U və C Profili

Arakəsmə divar hazırlanmasında şaquli, tavan qurulmasında isə üfüqi formada istifadə olunan uyğun izlər salınaraq möhkəmliyi artırılmış daşıyıcı və çərçivə əmələ gətirən metal profilidir.

Alçıpan Aksesuarları

Arakəsmə divar və tavan qurulması zamanı U və C profillərinin bərkidilməsi üçün istifadə olunan möhkəmliyi artırılmış metal aksesuarlardır.

Bizimlə əlaqə

Biz tullantıların idarə edilməsi, enerji səmərəliliyi və təbii resurslardan İstifadə üzərində ciddi işləyirik.

Bizimlə əlaqə

+994 60 766 66 66

Email

info@reges.az